Toy evindən 16 min dollar oğurlandı
11 yanvar 2016 15:49 (UTC +04:00)

Toy evindən 16 min dollar oğurlandı

Göygöldə yaşayış evindən oğurluq edilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıməlik kəndində İlhanə Bağırovaya məxsus evdə qeydə alınıb. Ev sahibinin bildirdiyinə görə, oğlunun toy günü hamı saat 22-ə kimi şadlıq evində olub. Geri qayıdanda isə evin qapısının açıq olduğunu görüblər. Pəncərədən evə girən oğrular mənzildə olan sandığın içərisindən 1 milyon 200 min rus rublu (təxminən 16 000 dollar) və gəlin üçün alınan 200 manat dəyərində qızıl-zinət əşyaların aparıblar. İ. Bağırova Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının evə gələrək oğruların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirdiklərini bildirib. Ev sahibəsi şübhələndikləri şəxslərin adlarının da polisə təqdim edildiyini deyib.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. 

# 132
avatar

Oxşar yazılar