Tovuzda qadına məxsus avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyininsaytına istinadən xəbər verir ki, iyulun 30-da Tovuz rayonunun Qovlar şəhərindən şəhər sakini Cəmilə Feyzullayevaya məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Tovuz RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı avtomobilin həmyerlisi, əvvəllər məhkum olunmuş Ruslan Quliyev tərəfindən qaçırılması və həmin gün Düz-Qırıqlı kəndində onun avtomobili Məqsəd Həsənovun idarə etdiyi “Hyundai” markalı avtomobilə vurduqdan sonra düşərək hadisə yerini tərk etməsi müəyyən edilib.
Tovuz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.