Tovuzda döyülmə faktı qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonu Qovlar şəhər sakini, 1985-ci il təvəllüdlü Haqverdiyev Südabə Qədim qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, qadın borc pul üstündə qonşu qadın tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.