Tovuzda məktəbdə yanğın oldu
29 dekabr 2014 21:05 (UTC +04:00)

Tovuzda məktəbdə yanğın oldu

Tovuz rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Yanıqlı kəndində Təhsil Nazirliyinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan birmərtəbəli məktəb binasının 2 sinif otağı və dəhlizin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

 

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar