[b]Tovuzda Gürcüstan vətəndaşını "tok" vurdu[/b]
03 may 2017 21:05 (UTC +04:00)

[b]Tovuzda Gürcüstan vətəndaşını "tok" vurdu[/b]

0

Gürcüstan vətəndaşını Tovuzda elektrik cərəyanı vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

 

Kəndin ərazisindən keçən qaz borularının çəkilişi zamanı tikintidə işləyən Gürcüstan respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Qelaşvili Zaurini elektrik cərəyanı vurub.

 

O rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Z.Qelaşviliyə tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar