Tovuz rayonunun Hunanlar kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 44 kv.m sahədə və aynabəndin tavanı 20 kv.m sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.