Borca görə 7 nəfər saxlanıldı - <span style="color:red;">RƏSMİ
13 iyul 2019 12:30 (UTC +04:00)

Borca görə 7 nəfər saxlanıldı - RƏSMİ

Daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
 
DİN-nin  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. 
 
Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar