Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə sabah baxılacaq.
Rəssamın qızı Əsmər Nərimanbəyovanın APA-ya verdiyi məlumata görə, Fransa məhkəməsinin 18 iyunda çıxardığı qərardan artıq apellyasiya şikayəti verib. Apellyasiya şikayətinin müzakirəsi sabaha təyin olunub.
Əsmər Nərimanbəyova bildirib ki, Fransa məhkəməsinin müvafiq qərar çıxarması və Toğrul Nərimanbəyovun öz vətənində dəfn olunması üçün Azərbaycana prezidenti və hökumətinin dəstəyinə ehtiyac duyur: “Artıq gücüm qalmayıb. Azərbaycan prezidentinə dəstək verməsi üçün müraciət etmək istəyirəm. Atamın nəşinin vətənə qaytarılması üçün Azərbaycanın bu prosesə dəstək verməsi, danışıqlar aparılması lazımdır. Mən əvvəl də demişdim, bu, ailə məsələsi deyil, məşhur rəssamın öz vətənində, Azərbaycanda dəfn olunması vacibdir”.