Təyyarəni İrəvana endirən azərbaycanlının videosu yayıldı
Dubaydan Moskvaya gedən təyyarə azərbaycanlı sərnişinə görə İrəvanda məcburi eniş edib
Lent.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, Rusiya aviaşirkətinə məxssus təyyarədə baş verən hadisənin videosu yayılıb.
Təyyarədə olan şərnişinlərdən biri hadisəni mobil telefonunun yaddaşına köçürüb.
Qeyd edək ki, təyyarənin təcili eniş etməsinə sərnişinlərdən birinin kobud rəftarı səbəb olub. Azərbaycanlı sərnişin uşaqlara sataşmağa başlayıb.
Təyyarədə yalnız qadın stüardessalar işlədiyindən sərnişinə müdaxilə etmək üçün kişi sərnişinlərə müraciət etmək lazım gəlib. Onlar çətinliklə də olsa azərbaycanlını oturacağa bağlayıblar.
Bundan sonra təyyarə İrəvan aeroportunda məcburi eniş edib. Təyyarə orada 2,5 saat dayanmalı olub. Pilotlar Azərbaycan vətəndaşını yerli polislərə təslim etmək istəsələr də bu, mümkün olmayıb. Ermənistan tərəfi onu qəbul etməkdən imtina edib.
Polislər tərəfindən qandallanan sərnişin həkimlərin sakitləşdirici iynəsindən sonra yatıb. Yalnız bundan sonra təyyarə Moskvaya uçuşunu davam etdirib. Təyyarə Moskvaya üç saatlıq gecikmə ilə gəlib çatıb. Rusiya polisləri azərbaycanlı sərnişini aeroportda saxlayıblar.
2707