Erməni silahlı bölmələri ötən gecə cəbhə boyu atəşkəsi pozmaqda davam edib.
Düşmən ordusu Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtərin cəbhəyanı yaşayış məntəqəsi olan Qapanlı kəndi də erməni hərbçilərin hədəfində olub. Kənddəki yaşayış evləri avtomat və müxtəlif çaplı pulemyotlardan atəşə tutulub. Yerli sakinlər arasında ölən və ya xəsarət alan yoxdur.
Yerli sakinlər APA-ya bildiriblər ki, əkin sahələrinə, kəndə yaxın ərazilərə xeyli sayda mərmi düşüb.