Tərtər rayonunun Hüsənli kəndində sakinlər arasında qarşıdurma yaranıb. APA-nın Qarabağ bürosu xəbər verir ki, qarşıdurmaya, bir neçə gün əvvəl kənd sakini Fərahim Əlizadənin həmkəndlisi 17 yaşlı Vasif Əliyevə 26 bıçaq zərbəsi vurması və ikincinin xəstəxanada keçinməsi səbəb olub.
Vasif Əliyev dünyasını dəyişəndən sonra kənddə hər iki tərəfin yaxınları və qohumları arasında qarşıdurma yaranıb. Mərhumun qohumları və kənd sakinlərinin əksəriyyəti bu gün Fərahim Əlizadənin ailəsinin kənddən çıxarılması tələbi ilə Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Polis Şöbəsinin qarşısında etiraz aksiyası keçirib. Hər iki qurumda sakinlər rəhbər işçilər tərəfində qəbul olunub, danışıqlar aparılıb. Daha sonra məsələnin qanun çərçivəsində həll olunması haqda sakinlərlə razılığa gəlinib.