Tərtərdə ev yanaraq külə döndü
05 avqust 2015 21:15 (UTC +04:00)

Tərtərdə ev yanaraq külə döndü

0

Tərtərin Azad Qaraqoyunlu kəndində vətəndaşa məxsus yaşayış evi yanıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Hüseynov Asif Ağa oğluna məxsus, ümumi sahəsi 200 kv.m-ə bərabər olan ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunsalar da, tikilini alovdan xilas etmək mümkün olmayıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma səbəbindən törəyib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar