ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 6-da Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq izləyəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcək.