Təmas xəttində monitorinq keçiriləcək
05 iyun 2013 10:04 (UTC +04:00)

Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 6-da Ağdam rayonunun Mərzili kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeniy Şarov keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar