Rusiyanın 41 yaşlı teleaparıcısı Lera Kudryaseva 25 yaşlı xokkeyçi İqor Makarovla nikah masasına oturub. Lent.az-ın axsam.az-a istinadən verdiyi məlumata görə, onların toyu üçün xüsusi ssenari hazırlanıb. Gecənin qonaqları arasında primadonna Alla Puqaçova, aparıcı Maksim Qalkin, müğənni Dima Bilan, Nataşa Karalyova, həyat yoldaşı Tarzan, Anna Sedakova və başqaları qatılıb.
Lera toy mərasimini azərbaycanlı milyarder Telman İsmayılovun “Safisa” sarayında edib. Məşhur biznesmen bunun üçün aparıcıdan pul almayıb. Bu, Telman İsmayılovun Leraya toy hədiyyəsi olub. Onun aparıcı üçün hazırladığı səkkizmərtəbəli tort qonaqları heyrətləndirib.
Lera toy zamanı üç dəfə libasını dəyişib.