Təhsil Nazirliyi ötən tədris ilində neçə saxta diplomlu müəllimin aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunur ki, saxta diplomların aşkar edilməsi tədris ilinin başa çatıb-çatmaması ilə bağlı deyil: “Təhsil Nazirliyi daxil olan sənədlər, müraciətlər əsasında və işə qəbul zamanı təhsil sənədlərinin dövlət nümunəli olub-olmamasını araşdırır, nəticələri barədə məlumat verir. Faktlar aşkar edildikdə isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat göndərilir”.