<span style="color:red;">Təhsil Nazirliyi:  "Müəllimlər İnstitutunun filiallarının fəaliyyətinə yenidən baxılmalıdır"
29 iyul 2015 16:53 (UTC +04:00)

Təhsil Nazirliyi: "Müəllimlər İnstitutunun filiallarının fəaliyyətinə yenidən baxılmalıdır"

“Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş filialların maddi-texniki bazası, işçi heyəti və tələbə kontingentinin müvafiq qaydada digər təhsil müəssisələrinə verilməsi və yerləşdirilməsi məsələləri iləTəhsil Nazirliyi tərəfindən yaradılan səlahiyyətli komissiya məşğul olacaq”.

 

Lent.az-ın Təhsil Nazirliyinin saytına istinadən məlumatına görə, AMİ-nin Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına müvafiq olaraq ali təhsil şəbəkəsinin rasionallaşdırılması, müəllim kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və bu sahədə pərakəndəliyin aradan qaldırılması məqsədini daşıyır.

 

Bildirilib ki, kənd məktəblərində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırma tədbirlərinin həcminin və müddətinin artırılması, paytaxtda həyata keçirilmiş və yaxın vaxtlarda bölgələrdə də aparılacaq müəllimlərin dərs yükünün və vəzifə maaşının artırılması istiqamətində islahat tədbirləri nəticəsində bu peşəyə maraq xeyli artıb: “Əvvəlki dövrlərdə mövcud olmuş müəllim çatışmazlığı problemi əsasən, öz həllini tapmaqdadır. Hazırda ixtisaslaşmış ali təhsil müəssisələri yetərli sayda müəllim kadrlarının hazırlanmasını təmin edir. 2009-2010-cu tədris ilindən başlayaraq, hər il mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqələrində namizədlərin sayı vakansiya sayını bir neçə dəfə üstələyir. Belə şəraitdə əvvəlki sayda müəllim kadrlarının hazırlanmasına və ali təhsil müəssisələrinin saxlanılmasına lüzum qalmır”.

 

Məlumatda qeyd olunur ki, tədris prosesindəki çatışmazlıqlar AMİ-nin filiallarının fəaliyyət göstərməsi məsələsinə yenidən baxmağı tələb edir: “Məlum olduğu kimi, ötən il neqativ hallara yol verildiyinə görə AMİ-nin Gəncə filialının fəaliyyəti dayandırılıb və tələbələr Gəncə Dövlət Universitetinə köçürülüb”.

 

Qeyd edək ki, iyulun 24-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə AMİ-nin Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar