Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirmək cəhdinin qarşısı alınıb. Lent.az-ın Penitensiar Xidmətə istinadən verdiyi məlumatına görə, mobil telefon həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində aşkara çıxarılıb.
Məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.2, 264 maddələrinə əsasən həbs olunmuş şəxs Həsənov Camaləddin Teyyub oğlunun qohumu, Zərdab rayon sakini vətəndaş Salikov Əlrza Sərkar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman “ARKO MEN” üzqırxan köpüyünün içərisindən xüsusi üsulla gizlədilmiş 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.