Bakıda bir gecədə 5 nəfər qazdan zəhərləndi
Son sutka ərzində Bakıda 5 nəfər dəm qazından zəhərlənib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Lent.az-a verdiyi məlumata görə, məişətdə istifadə olunan qazdan zəhərlənən şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.
O. Şahmalıyev əhalini dəm qazından istifadə edərkən ehtiyatlı olmağa çağırıb: “Havaların soyuması və soyuq aylar mövsümünün başlaması ilə dəm qazından zəhərlənmə faktlarının sayı artıb. Əhali qazdan və benzindən istifadə edərkən ehtiyatlı olmalı və təhlükəsizlik tədbirləri görməlidir”.