Tanınmış yazar Sevinc Elsevərin itkin düşən qardaşı tapıldı -  <span style="color:red;">TƏFƏRRÜAT
26 aprel 2019 21:37 (UTC +04:00)

Tanınmış yazar Sevinc Elsevərin itkin düşən qardaşı tapıldı - TƏFƏRRÜAT

Tanınmış yazar Sevin Elsevərin  11 gündür itkin düşən qardaşı İlkin İbrahimov tapıldı. Lent.az-ın məlumatına görə bu barədə yazar özü xəbər yayıb. Onunla əlaqə saxladıq və məlum oldu ki, qardaşı İlkin İbrahimov bu ayın 15-dən itkin düşüb. Yazar qardaşının tapılması üçün Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinə müraciət edb. Komitənin araşdırmasından sonra məlum olub ki, yazarın qardaşı Çeçenistan Respublikasının Qrozni şəhərində təcridxanalardan birində saxlanılır. Məlumata görə, İlkin İbrahimovun sənədləri düzgün olmadığı üçün Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 

Hazırda tez bir zamanda lazımlı sənədləri hazırlayıb Çeçenistan Respublikasına təqdim etməyə çalışırlar. Bu sənədlərin təqdim olunmasından sonra İlkin İbrahimovun Azərbaycana göndəriləcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029
avatar

Oxşar yazılar