Tanınmış şairin işi Ali Məhkəmədə
02 iyul 2019 15:14 (UTC +04:00)

Tanınmış şairin işi Ali Məhkəmədə

 
 
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən şair Əli Ağaevli (Əli Hacı) barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əli Hacının şikayəti təmin edilməyib və barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirmədən saxlanılıb. 
 
Qeyd edək ki, Əli Hacı və tanışı Fuad Kərimov Qabil Mehdiyevin 500 min manatını dələduzluq yolu ilə almaqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Hacı 7 il,  Fuad Kərimov 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmlə razılaşmayan şair Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Onun şikayəti qismən təmin edilib və cəzası 1 ilə salınıb. 
 
Onu da qeyd edək ki, Əli Hacı  “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini olub. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10