Tanınmış jurnalistin xalası qızını bıçaqladılar
07 yanvar 2015 10:30 (UTC +04:00)

Tanınmış jurnalistin xalası qızını bıçaqladılar

Yanvarın 6-da Bakıda qadına qarşı cinayət törədilib. Lent.az-ın məlumatına görə, Binəqədi rayon sakini Gülbahar Hüseynova yaşadığı Şövkət Məmmədova küçəsi, 6 saylı binanın blokuna daxil olarkən naməlum şəxsin hücumuna məruz qalıb. Soyğunçu qadına 3 bıçaq zərbəsi endirib.


Lent.az-ın yazarı, tanınmış jurnalist Vüsalə Məmmədova Gülbahar Hüseynovanın onun xalası qızı olduğunu bildirib. Onun sözlərinə görə, xalası qızı axşam işdən qayıdarkən metroda naməlum şəxs onun arxasınca düşüb və blokun qarşısında həmin şəxsin quldur olduğu məlum olub.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178

Oxşar yazılar