ANS-in tanınmış aparıcısının qolu sındı
20 avqust 2014 13:03 (UTC +04:00)

ANS-in tanınmış aparıcısının qolu sındı

 ANS TV-nin aparıcısı xəstəxanaya aparılıb. Lent.az-ın anspress-ə istinadən  məlumatına görə, İlqar Mikayıloğlunun “Günəbaxan” verilişin anons çəkilişi zamanı onun qolu sınıb.

İlqar Mikayıloğlunun məlumatına görə, Pirallahı ərazisindəki çimərlikdə “Günə Baxan” verilişinin anons çəkilişi gedən an ani diqqətsizlik edib. Nəticədə ayağı ilişib və sağ qolu üstdə yıxılıb.

“Mən solaxayam. Yaxşı ki, sağ qolumun üstünə yıxıldım. Əlim biləkdən yuxarı sındı. Əlim çox eybəcər formaya düşmüşdü. Qışqırtım da aləmi bürüdü”, - deyə İlqar Mikayıloğlu bildirib.

Aparıcı dərhal Sabunçu rayon xəstəxanasına aparılıb. Həkimlər ona yardım göstəriblər. İndi aparıcının əli 35 gün gipsdə qalacaq. O, birinci gün yenidən həkim müayinəsinə gedəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2800
avatar

Oxşar yazılar