Bakı şəhərinin Tbilisi prospektinin təmirə bağlanmış hissəsi bu gün saat 12:00 radələrində avtomobillərin hərəkəti üçün açılacaq. Bunu «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, artıq Tbilisi prospektində aparılan təmir işləri başa çatıb, asfalt örtüyü döşənilib, nişan xətləri çəkilib: «Yolun bağlanmış hissəsinin bu gün saat 12:00-da avtomobil hərəkəti üçün tam açılacağı gözlənilir».