Bakıda daha bir küçədə təmir işləri ilə əlaqədər hərəkət qismin məhdudlaşır.
“Azəravtoyol”dan Lent.az-a verilən məlumata görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.