Mingəçevirdə sürücü sükan arxasında dünyasını dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Energetiklər qəsəbəsində qeydə alınıb.
1961-ci il təvəllüdlü Məhərrəmov Xaləddin Namizəd oğlu idarə etdiyi “VAZ-2109” markalı, 45 BG 739 dövlət nömrə nişanlı minik maşınında hərəkətdə olarkən, qəflətən halı pisləşib. Avtomobili səkiyə çıxararaq saxlayan sürücü elə sükan arxasında dünyasını dəyişib.
Məlumata görə, o, ürək tutmasından vəfat edib.
Araşdırma aparılır.