Sürücü sükan arxasında öldü, avtomobil ağaca çırpıldı
03 avqust 2013 11:18 (UTC +04:00)

Sürücü sükan arxasında öldü, avtomobil ağaca çırpıldı

Avqustun 2-də Ağdam rayonunda faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Evoğlu kənd sakini 1969-cu il təvəllüdlü Səfərov İsgəndər Şirin oğlu özünə məxsus “VAZ 21 011” markalı avtomobillə Xındırıstan kəndi istiqamətində hərəkətdə olarkən infarkt keçirib. Sürücü sükan arxasındaca keçinib. Avtomobil isə yolda çıxıb və ağaca çırpılaraq dayanıb.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1655
avatar

Nizam Rza

Oxşar yazılar