Suriyada daha bir azərbaycanlı öldürülüb
15 avqust 2014 15:38 (UTC +04:00)

Suriyada daha bir azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb.

 

Yaxınlarının APA-ya verdiyi məlumata görə, Suriyada gedən döyüşlərdə öldürülən azərbaycanlı İslam Dövləti silahlı qruplaşması tərkibində vuruşan Zərdab rayon sakini, 1982-ci il təvəllüdlü Ramin Ağasəf oğlu Abdullayevdir.

 

R. Abdullayevin ölüm xəbəri və meyitinin fotoları ailəsinə çatdırılıb. R. Abdullayev Suriyada dəfn edilib.

 

Yaxınlarının dediyinə görə, bir uşaq atası olan  R. Abdullayev uzun müddət Rusiyada yaşayıb.

 

Bir müddət əvvəl isə o, Zərdaba qayıdıb və döyüşmək üçün Suriyaya gedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1799
avatar

Oxşar yazılar