Sürət Hüseynova yaxın şəxsin oğlunun şikayəti təmin edilmədi
04 dekabr 2014 17:08 (UTC +04:00)

Sürət Hüseynova yaxın şəxsin oğlunun şikayəti təmin edilmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Minas Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kolegiyasının qərarına əsasən hər iki tərəfin şikayəti təmin edilməyib.


Qeyd edək ki, ötən il iyulun 19-da Nərimanov rayonu S.Quliyev küçəsində Bakı şəhər sakini Minas Əliyev Abşeron rayon sakini Rahib Şahbazovu bıçaqlayaraq öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq onun cəzasının ağırlaşdırılmasını istəyib. Hökmdən zərərçəkmiş tərəf və təqsirləndirilən şəxs də apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəfin nümayəndəsi təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Minas Əliyev isə cəzasının yüngülləşdirilməsini tələb edib.
 

Onu da qeyd edək ki, Minas Əliyevin atası Vaqif Əliyev Surət Hüseynovun yaxın adamı və onu maliyyələşdirən şəxs olub. V.Əliyev Surət Hüseynovla birlikdə həbs olunaraq 9 il azadlıqdan məhrum edilib. Lakin 3 il sonra azad edilib. Azadlığa çıxandan az sonra isə o vəfat edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163

Oxşar yazılar

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

8 fevral 2025 , 17:57
Bakıda 80 minlik  DƏLƏDUZLUQ

Bakıda 80 minlik DƏLƏDUZLUQ

8 fevral 2025 , 14:41