Sumqayıtda dördmərtəbəli binada yanğın olub
26 iyun 2016 15:20 (UTC +04:00)

Sumqayıtda dördmərtəbəli binada yanğın olub

0

Bu gün Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasında yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan mənzilin mətbəxində 1 ədəd plastik pəncərə yanıb və yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar