Sumqayıtda "ev oğruları" tutuldu
17 sentyabr 2019 11:47 (UTC +04:00)

Sumqayıtda "ev oğruları" tutuldu

0
 
 
Sumqayıtda evlərdən oğurluq olub.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Cəfərov və E.Qasımov saxlanılıblar.
 
Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.
 
Faktlarla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 778

Oxşar yazılar