Sumqayıtda “sığortaçılar” evə basqın edib - TƏFƏRRÜAT
17 yanvar 2013 18:43 (UTC +04:00)

Sumqayıtda “sığortaçılar” evə basqın edib - TƏFƏRRÜAT

Ev sahibinin əl-qolunu, ağzını bağlayan quldurlar külli miqdarda qızıl və pul aparıb

 

Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib. Şəhərin hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, yanvarın 16-da axşam saatlarında naməlum şəxslər 11-ci mikrorayon ev 21, mənzil 35 ünvanına soxulub. Ev sahibi 1945-ci il təvəllüdlü Abdullayev Rafiq Mütəllim oğlu polisə bildirib ki, 2 nəfər mənzilin qapısını döyüb. Ev sahibi gələn şəxslərin kimliyini soruşduqda onlar özlərini sığorta şirkətinin əməkdaşı kimi təqdim edib və bir məsələni aydınlaşdıracaqlarını deyiblər. Ev sahibi qapını açıb və naməlum şəxslər mənzilin dəhlizinə daxil olublar. Burada həmin şəxslərdən biri 68 yaşlı kişini tutub, digəri isə bıçağı dirəyib. Onlar R.Abdullayevin əl-qolunu bağlayıblar, ağzını yapışqanla örtüblər. Onlar evi alt-üst etdikdən sonra, mənzildəki 18 min manat pulu və 20 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək aradan çıxıblar.

 

Hazırda quldurluq əməli törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Nizam Rza

Oxşar yazılar