Sülhməramlıların bir qrupu Əfqanıstana yola salınıb
07 yanvar 2016 13:07 (UTC +04:00)

Sülhməramlıların bir qrupu Əfqanıstana yola salınıb

 

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

 

Lent.az-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

 

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153

Oxşar yazılar