Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dənizdə boğulan bir nəfəri xilas edib. Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batma təhlükəsilə üzləşib. bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Əməliyyat saat 15:39-da başa çatıb.