Azərbaycanda axtarışda olan 19 nəfər saxlanılıb
15 avqust 2019 13:48 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 19 nəfər saxlanılıb

0
Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 24 cinayətin üstünü “isti izlər”lə açıb. 
 
Daxili İşlər Nazirliyinin məbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar