Mayın 27-də Bərdə rayonu ərazisində su kanalından kişi meyiti tapılıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində 45-50 yaşlı kişiyə məxsus meyit tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb.
Faktla əlaqədar araşdırmalar aparılır.