Son üç gün ərzində cəbhə xəttində diversiya xarakterli fəaliyyətlərə cəhd göstərən Ermənistan Ordusunun 4 əsgəri zərərsizləşdirilib.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Artıq Ermənistan tərəfi üzərindən bir gün keçdikdən sonra hadisələrdən ikisini təsdiq edib. Ermənistan Müdafiə Nazirliyi fevralın 19-da Qarabağ cəbhəsinin şimal-şərqində atəşkəsin pozulması nəticəsində Qor Qazaryan adlı (21 yaşlı) əsgərin öldüyünü təsdiq edib. Bu gün isə eyni istiqamətdə Ermənistan Ordusunun daha bir - Karen Akopyan (19 yaşlı) adlı əsgərinin öldüyü açıqlanıb. Bu əsgərin fevralın 21-i səhər saatlarında öldürülməsinə baxmayaraq xəbər mətbuata bir gün sonra çıxıb.