Şamaxıda ayının hücumuna məruz qalan 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızı və 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlu təcili Bakıya gətirilib. Bu barədə Lent.az-a Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahı Solmaz Məmmədzadə bildirib. Həkimin sözlərinə görə, adıçəkilən xəstələr dünən axşam saatlarında Bakıya aparılıb.
S. Məmmədzadə onu da qeyd edib ki, Şamaxı RMX-nın icazəsi olmadan ailə üzvləri onları Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirib.
*****
10.42
Şamaxı Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə iyunun 23-də axşam saatlarında rayonun Qaladərəsi və Çeşmədil kəndlərində baş verib.
Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər.
Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. F. Nuriyeva bədəninin müxtəlif nahiyələrindən dişlək və cırmaq yaraları ilə xəstəxanaya yerləşdirilib.
Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb. O, ölümcül xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib. “aznews” ayının hücumunu nəticəsində ağır xəsarət alanların fotolarını əldə edib. Həmin fotoları təqdim edirik.