Bu gün gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisısi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, İmişli rayon sakini Elvin Mirzəyevin idarə etdiyi “Hova” markalı yük maşını yoldan çıxaraq hərəkəksiz vəziyyətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra isə idarəetməni itirən sürücü yol kənarında dayanan Quliyev Səxavət Nazim oğlunu vurub.
Qəza nəticəsində ağır bədən xərətləri alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.