Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan polis şöbəsindən verilən məlumatda bildirilir ki, ötən gün saat 22.30 radələrində (iki saat əvvəl) Şirvan sakini polis kapitanı Şirəliyev Sadiq Ağasaleh oğlunun idarə etdiyi “Hyundai” markalı 90 HV 565 dövlət nömrə nişanlı avtomobil H.Əliyev prospekti ilə hərəkətdə olarkən sürətlə hərəkətdə olan Şirvan sakini 1988-ci il təvəllüdlü Səmədov Ariz Qədirağa oğlunun idarə etdiyi VAZ 21074 markalı 90 KF 795 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ 21074-in sürücüsü Ariz Səmədov hadisə yerində ölüb, avtomobildə olan sərnişin Sabirabad rayonu Yaxa Dəllək kənd sakini 1968-ci il təvəllüdlü Şahbazov İdris Saleh oğlu ağır travmalarla Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.