Ucarda ev, Şirvanda restoran yanıb
28 iyul 2015 19:23 (UTC +04:00)

Ucarda ev, Şirvanda restoran yanıb

0

Şirvan şəhərində fəaliyyət göstərməyən restoranının həyətyanı ərazisində 280 kv.m quru ot, kol-kos və ümumi sahəsi 18 kv.m olan 2 otaqlı tikilinin tavanı 9 kv.m sahədə yanıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Bundan başqa Ucar şəhərində ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli 16 mənzilli yaşayış binasının çardağı 700 kv.m sahədə və vətəndaşlara məxsus mənzilin 1 otağının tavanı 10 kv.m sahədə, ev əşyaları qismən , digər mənzilin 1 otağının tavanı 15 kv.m sahədə, ev əşyaları yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar