Bakıda zəhərlənmədən ölüm faktı qeydə alınıb.
Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda yaşayan Ziba Alxasova evində sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Z.Alxasova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.