Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Müsavat partiyasının üzvü Sirac Kərimovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra Sirac Kərimovun vəkili Nemət Kərimli müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi üçün məhkəməyə vəsatətlə çıxış edib. Bundan sonra hakimlər müşavirəyə gedib. Müşavirədən gələn hakimlər kollegiyası vəsatəti təmin etməyib. Məhkəmə prosesi fevralın 12-də davam etdiriləcək.
Qeyd edək ki, Sirac Kərimli keçən il iyul ayında Daxili İşlər Nazirliyinin Narkotikə Qarşı Baş İdarəsinin əməkdaşları tərəfindən Səbail rayonu ərazisində saxlanılıb. Ondan külli miqdarda narkotik maddə-heroin aşkar edilib. Sirac Kərimov Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə ittiham edilib.
Onu da qeyd edək ki, Sirac Kərimovun qardaşı Müsavat Gənclər Təşkilatının üzvü Fərəc Kərimovda eyni maddə üzrə həbs edilərək, barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib.

Sirac Kərimovun məhkəməsi başladı
Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00