Şimal-qərb bölgəsinə 30 sm qar yağdı
Azərbaycanın şimal-qərb bölgəsinə 30 sm qar yağıb.
ONA-nın yerli bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Havanın hərarəti düzənliklərdə müsbət 4-0 dərəcəyə, dağlıq ərazilərdə isə mənfi 3-4 dərəcəyə qədər aşağı düşüb. Artıq iki gündür ki, yüksək dağlıq ərazilərə və dağ ətəyi kəndlərə qar yağır. Zaqatalanın dağ kəndlərində qarın hündürlüyü 5-10 sm təşkil edir.
Bölgədə ən çox qar Qax rayonun Sarıbaş və İlisu kəndlərinə yağıb. Bu kəndlərdə qarın hündürlüyü 30-40 sm-dir.
Mütəxəssislərin dediyinə görə, mart ayının sonunda havaların belə soyuq keçməsi erkən çiçəkləyən meyvə ağaclarında məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.
936