Müdafiə Nazirliyi avqustun1 –ə qədər Silahlı Qüvvələrə Yardım fonduna daxil olan vəsait açıqlayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 avqust 2017-ci il tarixədək 84.044.509,72 AZN, 212.873,88 ABŞ dolları, 8036,0 avro və 5000,0 rubl vəsait daxil olub.