Şirvanda sərxoş sürücü avtoqəza törədib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 05.30-da Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, 1982-ci il təvəllüdlü Hüseynov Elvin Allahverdi oğlunun idarə etdiyi “Opel” markalı 10 ST 086 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə yoldan çıxaraq yaşıllıq zolağında yerləşən ağaclara və yol nişanına çırpılıb.
Qəza nəticəsində sürücü kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sərnişinlər Şirvan sakinləri, 1990-cı il təvəllüdlü Cəbrayılova Günel Gülhüseyn qızı və 1996-cı il təvəllüdlü Hüseynova Gülnar Oktay qızı yüngül xəsarətlərlə ambulator yardım alaraq evə buraxılıb.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.