Bakıda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Köhnə Günəşli qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Vaqif İbrahimov sərxoş halda küçədə yıxılaraq ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.