Şərur rayon sakini ehtiyatsızlıq nəticəsində çaya yıxılaraq boğulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 24-də Şərur rayonu Dizə kənd sakini Kəmalə Əyyubzadə ehtiyatsızlıq nəticəsində Arpaçay çayına yıxılıb. K.Əyyubzadə çayda boğulub.
Onun meyiti avqustun 25-də sudan çıxarılıb.