Şərqi Azərbaycanda partlayış: bir hamilə həlak olub, 3 nəfər yaralanıb
06 iyun 2013 20:15 (UTC +04:00)

Şərqi Azərbaycanda partlayış: bir hamilə həlak olub, 3 nəfər yaralanıb

 İyunun 6-da mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətində partlayış baş verib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Həştrud şəhərində qaz sızması nəticəsində baş verən partlayışda 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Onların hamısı bir ailənin üzvüdürlər. Ölənlərdən biri 22 yaşlı hamilə qadındır. Həkimlər Qeysər üsulu ilə uşağı ananın bətnindən götürsələr də, ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Yaralılardan ikisi vəziyyətləri ağır olduğuna görə Təbriz şəhərinin İmam Rza xəstəxanasına aparılıblar. Hazırda onlardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir. Yüngül xəsarət almış digər yaralı isə Həştrud şəhərinin İmam Hüseyn xəstəxanasına aparılıb. Partlayış dalğası güclü olduğundan 200 metr radiusda bütün yaşayış binalarının, obyektlərin şüşələri tamamilə sınıb. Hadisənin səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1540
avatar

Oxşar yazılar