Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu
04 aprel 2016 14:51 (UTC +04:00)

Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu

0

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub. 

 

Bu barədə Lent.az-a Sərdar Cəlaloğlunun köməkçisi məlumat verib.

 

O bildirib ki, S. Cəlaloğlunun qardaşı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov Füzuli rayonunun Horadiz qəsəbəsində zabit kimi xidmət edib. R. Məmmədov bu gün döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

 

Şəhid doğulduğu Naxçıvanda dəfn ediləcək.

 

Qeyd edək ki, Rasim Məmmədov mayor rütbəsi daşıyıb. Onun atası da birinci Qarabağ müharibəsinin fəal iştirakçılarından olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar